JS 290

TEXNİKİ XASSƏLƏR
Çalovun tutumu, m³ 1.85
İstismar kütləsi, kq 30488
Maksimal qazıma dərinliyi, m 7.6
Mühərrikin gücü, at gücü 216
  • JS290 modeli “JCB” şirkətinin indiyə kimi təklif etdiyi ən qüvvətli və məhsuldar ekskavatorları ehtiva edən “JCB Auto” seriyasına xas yüksək xarakteristikaları ilə fərqlənir. Sözügedən texnika öz məhsuldarlığı, operatorun iş şəraiti və texniki xidmətin asanlığı baxımından bu qəbildən olan digər ekskavatorlar arasında ən yaxşısıdır.
  • “Tier III” normalarına uyğun olan altı silindrli “Isuzu” mühərriki ilə təchiz edilmiş bu modeldə yüksək məhsuldarlıq güclü yükqaldırma qabiliyyəti və dartı qüvvəsi ilə uzlaşır.
  • “JS290” modeli özünün rahatlığı və qənaətcilliyi sayəsində 29 tonluq maşınlar sinfində ən yaxşı seçimdir.
  • Bu kateqoriyadan olan digər texnika ilə müqayisədə, “JS290” mühərrikinin gücü 6%, hidravlik sistemin gücü 4%, yükləyici qolun dartma qüvvəsi isə 10% daha çoxdur.
  • Çalovda fırlanma momentinin və dartma qüvvəsinin xarakteristikaları digər ekskavatorların müvafiq göstəriciləri ilə müqayisədə ən yaxşısı hesab olunur və orta göstəricilərdən müvafiq olaraq 14 və 19 faiz yüksəkdir.
Powered by Sigsiu.NET

Ətraflı məlumat