3CX SUPER

TEXNİKİ XASSƏLƏR
Çalovun tutumu, m³ 1
İstismar kütləsi, kq 8425
Maksimal qazıma dərinliyi, m 5.93
Mühərrikin gücü, at gücü 92
  • “JCB 3СХ Super” yükləyici-ekskavatoru oxun qaldırılması zamanı çalovun əyilmə bucağının mexaniki kompensasiyası sistemi ilə təchiz olunub və bu sistem yükləmə əsnasında materialın dağılmasına yol vermir.
  • Yükləyici-ekskavatorun bu modellərində quraşdırılan hidravlik sistem maksimal yükqaldırma qabiliyyətini təmin edir və universal (6 funksiyalı) çalovdan və 1-1.3 m3 tutuma malik ümumi təyinatlı çalovlardan, habelə yükləmə çəngəllərindən istifadə əsnasında maksimal dartma gücünü təmin edir.
  • Ekskavator müxtəlif istismar şəraitlərində (yük altında və yüksüz) hərəkətdə olarkən, sükan kolonkasında quraşdırılmış sürət ötürücü (transmissiya) və geriyə hərəkət (“revers”) açarı yükləyici-ekskavatoru dayandırmadan hərəkət sürətini və istiqaməti tez və rahat şəkildə dəyişdirməyə imkan verir.
  • Ekskavator asqısının hidravlik yerdəyişmə mexanizmi (“JCB Powerslide”), quraşdırılmış çəngəllər, hərəkət əsnasında titrəyişi kompensasiya edən sistem (“SRS”), açılıb-yığılan dayaqların tənzimlənən sürüşmə yastıqları və yükgötürmə qolunun (çalov dəstəyinin) teleskopik uzatma mexanizmi (“Extradig”) - bütün bunlar “JCB” mütəxəssislərinin işləyib hazırladıqları və maksimum texniki təhlükəsizliyi, asan idarəetməni və “JCB 3CX Super” markalı yükləyici-ekskavatorda rahat iş şəraitini təmin edən texniki təkmilləşdirmələrdən bir neçəsidir və məhsuldarlıq səviyyəsini artıraraq qarşıya qoyulan məqsədlərə nail olmağa şərait yaradır.
  • Sözügedən modelin ”JCB 3CX” yükləyici-ekskavatorundan əsas fərqi iri diametrli ön təkərlərdir.
Powered by Sigsiu.NET

Ətraflı məlumat