JS 115

TEXNİKİ XASSƏLƏR
Çalovun tutumu, m³ 0.8
İstismar kütləsi, kq 12.282
Maksimal qazıma dərinliyi, m 5.57
Mühərrikin gücü, at gücü 98

12 tonluq tırtıllı ekskavator mükəmməl şəkildə işlənib hazırlanmış, sınaqdan keçirilmiş və istehsal olunmuşdur. Maşının yeni “JCB EcoMAX” mühərriki səmərəlilik, məhsuldarlıq və hasilat sahəsində ən son yenilikdir.

  • Yeni “JCB EcoMAX” – “Stage 3B/Tier 4i” firma mühərriki. Asan daşınma. Yanacağa 10%-dək qənaət. Geniş asma avadanlıqlar çeşidi sayəsində universallıq.
  • İntellektual, fəhmi səviyyədə başa düşülən idarəetmə sistemi. Torlu “JCB” filtri hidravlik yağı 1,5 mikrona qədər təmizləməyə imkan verərək, sistemdə çirk və kondensatın miqdarını xeyli azaldır.
  • Yağın dəyişdirilməsi fasiləsi 5.000 saat təşkil edir və buna nail olmaq üçün iki böyük filtr - əsas axın üçün filtr və dolayı boruda quraşdırılan xırda gözlü filtr bir yerdə istifadə olunur.
  • Xaçşəkilli çərçivəyə (ramaya) malik mütəhərrik qurğu bütöv, qaynaqlanmış konstruksiyaya malikdir və bunun sayəsində yüksək möhkəmlik və uzunömürlülük, habelə yolun səthi ilə texnikanın alt hissəsi arasında böyük məsafə təmin olunur.
  • Alt hissənin qoruyucu konstruksiyası mürəkkəb sahələrdə iş zamanı ikiqat mühafizəni təmin edir. Bu sinifdən olan digər texnika arasında torpaq işləri üzrə ən yüksək məhsuldarlığı və tonların və yanacaq litrlərinin nisbətinə görə ən yüksək səmərəlilik nümayiş etdirir.
  • Həddindən artıq qızma əleyhinə mühafizə sistemi.
Powered by Sigsiu.NET

Ətraflı məlumat